Rusiyanın yük təyyarəsi qəzaya uğrayıb: 40 ÖLÜ -YENİLƏNİB

Rusiyanın yük təyyarəsi qəzaya uğrayıb: 40 ÖLÜ -YENİLƏNİB backend

Rusiyanın yük təyyarəsi Cənubi Sudanda qəzaya uğrayıb. Cənubi Sudanda Cuba hava limanından havaya qalxan Rusiya təyyarəsi qəzaya uğrayıb. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, “An-12” yük təyyarəsi hava limanından 800 metr aralıda yerə çırpılıb. Sudanın hakimiyyət orqanlarının məlumatına görə, təyyarədə olan 20-yə yaxın adamdan 10-15 nəfəri sərnişinlər, 5 nəfər isə rusiyalı ekipaj üzvləri olub. Qəzadan cəmi iki nəfər sağ çıxıb. Onlardan biri heyət üzvü, digəri isə azyaşlıdır. Qəzadan az sonra hadisə yerində ilkin araşdırmalar zamanı 40-a yaxın cəsəd aşkarlanıb. Təyyarənin düşdüyü ərazidə ölən insanların sayı dəqiqləşdirilir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarədə 5 ekipaj üzvü və 7 sərnişin olub.

Cuba şəhərində baş vermiş qəza nəticəsində yalnız iki sərnişin, o cümlədən bir uşaq sağ qalıb.
Diaspora