Azərbaycanda azyaşlı bıçaqla boğazını kəsərək ölüb

Azərbaycanda azyaşlı bıçaqla boğazını kəsərək ölüb backend

Şabran rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Padar kənd sakini, 2019-cu il təvəllüdlü İsmixanova Fatimə Müzəffər qızı yaşadığı evdə bıçaqla oynayarkən ehtiyatsızlıqdan boğazını kəsərək ölüb.

Uşağın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.