FHN: Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb - VİDEO - YENİLƏNİB

FHN: Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb -  VİDEO - YENİLƏNİB backend

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.

***

11:19

Məlumat verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri müvafiq tədbirlərin görülməsinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda Nazirliyin qüvvələri tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülərək yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Diaspora