Azərbaycanda əməkdar məşqçi 3 qız tələbəsinə seksual hərəkətlər etdi

Azərbaycanda əməkdar məşqçi 3 qız tələbəsinə seksual hərəkətlər etdi backend

Sumqayıt şəhərində 1971-ci il təvəllüdlü idman müəllimi Sahib yetkinlik yaşına çatmayan şagirdi Ləmana (adlar şərti verilib - red.) təcavüz edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, idman məktəbində cüdo üzrə məşqçi işləyən Sahib cinsi ehtirasını pozğun formada təmin etmək məqsədilə məktəbin soyunub-geyinmə otağında aralarında 39 yaş fərq olan on iki yaşlı tələbəsi Ləmana 2023-cü ilin mart ayının əvvəllərindən həftədə bir dəfə olmaqla, başqa tələbələr olmayan vaxt seksual xarakterli hərəkətlər edib.

Ötən ilin avqustunda Sahibin çirkin əməllərinin üstü açılıb və o, həbs edilib.

İstintaq orqanı tərəfindən Sahibin barəsində Cinayət Məcəlləsinin 152.4.1-ci (iki və ya daha çox şəxsə qarşı on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

O, ifadəsində göstərib ki, cüdo müəllimi kimi 15 illik stajı var: "Məşqdən çıxıb yoldaşımı işdən götürməyə gedəndə Ləmanın bacısı İlhamə mənə zəng etdi.

İlhaməyə onun dediyi şeylərin olmadığını və üzbəüz danışmağı təklif etdim. Ləmanın yaxşı nəticələr göstərdiyinə görə alnından, üzündən öpdüyümü dedim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra Ləmanın ailəsi polis çağırıb: " Mən belə bir şey etmədiyimi, tələbələrim arasında oğlan-qız fərq qoymadan onları qazandıqları nailiyyətlərə görə bağrıma basıb öpdüyümü bildirdim".

Təqsirləndirilən şəxs bildirib ki, 60 tələbəsi olub, qızlar oğlanlarla birlikdə məşq edib: "Soyunma-geyinmə otaqları ayrı olur. Mən həmin otaqlara girməmişəm. Ləmanı 5 ildir tanıyıram. Amma 2010-cu il təvəllüdlü olduğunu bilmirdim. Onu məşqə atası gətirirdi. Son bir ildə isə atası onu arabir məşqə gətirib. İttihamda göstərilən hadisələr baş verməyib".

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamla təqsirli bilib.

O, həmin ifadəsində göstərib ki, təxminən 10 ildir hadisə baş verən idman məktəbində məşqçi-müəllim işləyib: "Mən cüdo müəllimiyəm, əməkdar məşqçiyəm. Zərərçəkmiş Ləman 2017-ci ildən mənim tələbəmdir. Hər gün məşqə gəlib. Öncə atası ilə gəlirdi. Təxminən 2 il sonra Ləman idmanda nailiyyətlər əldə etməyə başladı. Həmin vaxt sevincimdən Ləmanı qucaqlayaraq ata kimi üzündən öpmüşəm".

Sahibin sözlərinə görə, 2023-cü ilin mart ayının əvvəllərindən Ləmanla seksual xarakterli hərəkətlər etməyə başlayıb:

"Bir neçə dəfə Ləman mənimlə bu cür seksual hərəkətlər etməyə başladı. Sonra bunları etməkdən xoşu gəlmədiyini bildirdi. Buna görə də onunla həmin formada cinsi münasibətdə olmadım. Sonuncu dəfə onunla 10 avqust 2023-cü ildə məktəbin geyinib-soyunma otağında qeyd etdiyim kimi seksual xarakterli hərəkətlər etmişəm".

Sahibin ifadəsinə görə, 2019-cu ilin sentyabr ayından digər tələbəsi Xuraman məşqə gəlib: "Xuraman 2009-cu il təvəllüdlüdür. 2022-ci ilin yay aylarından 2023-cü ilin iyul ayının ortalarına qədər təxminən həftədə bir dəfə seksual xarakterli hərəkətlər etmişik".

Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərib ki, Ləman, Lalə və Xuramanla təbii və qeyri təbii yolla cinsi əlaqədə olmayıb.

Ləmanın ifadəsinə görə, növbəti günlərdə bacısı İlhamə ilə söhbət edən zaman ağlamağa başlayıb: "Bacım məndən təkidlə nə olduğunu soruşdu. Ağlaya-ağlaya hər şeyi danışdım. Bacım anama məlumat verdi. Bundan sonra anama bütün olanları bildirdim.

Anam Sahib müəllimə zəng edərək bu barədə soruşdu. Sahib isə telefonu söndürdü. Səhərisi gün anamla bir yerdə polis idarəsinə gedərək ərizə verdik".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sahib 7 il 6 ay azadlıqdan məhrum edilib. O, həmçinin 3 il müddətə pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum olunub.

Təqsirləndirilən şəxsə təyin edilmiş əlavə cəza - pedaqoji fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası onun əsas cəzanı çəkdiyi bütün müddətə və hazırki hökmlə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil edilib.

Hökmdə göstərilib ki, Sahib azadlıqdan məhrum etmə ilə bağlı olan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Diaspora