Türkiyədə minik avtomobili mikroavtobusa çırpılıb: 7 yaralı

Türkiyədə minik avtomobili mikroavtobusa çırpılıb: 7  yaralı backend

Manisanın Alaşehir rayonunda minik avtomobili sərnişinləri düşürən mikroavtobusun arxasına çırpılıb. Yol qəzasında 7 nəfər xəsarət alıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, zərbə nəticəsində mikroavtobusda olan 6 sərnişin və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Qəza ilə əlaqədar hadisə yerinə təcili tibbi yardım, xilasetmə və təhlükəsizlik qrupları  gəlib.

Yaralılar təcili tibbi yardım maşını ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilib.

Xəsarət alanların sağlamlıqlarının yaxşı olduğu bildirilir. Qəza ilə əlaqədar istintaq başladılıb.

QAZİLER.AZ

 

Diaspora