2021-ci ildə yayımlanan “Teşkilat” adlı türk serialında Ankaranın Kahramankazan səmtində TUSAŞ aerokosmik korporasiyasının binasında terror aktı olacağı proqnozlaşdırılıb.
Qaziler.az xəbər verir ki, bununla bağlı BAZA “Telegram” kanalı hadisəyə diqqət çəkib. Terror aktı nəticəsində 5 nəfər - iki texniki işçi, bir mühafizəçi, təşkilatın mühəndisi və bir taksi sürücüsü həlak olub.
Serialda hücumun təşkilatçıları xarici kəşfiyyat orqanlarıdır. Mühəndisləri öldürür və strateji bir konserndən məlumat oğurlayırlar. Bundan əlavə, zavodun yaxınlığındakı avtobus dayanacağına da atəş açırlar. Serialda baş rolları Ezgi Şenler və Çağlar Erturul canlandırır. Serialın hazırda yayımı davam edir.
Qeyd edək ki, oktyabrın 23-ü axşam saatlarında terrorçular TUSAŞ aerokosmik korporasiyasının binasını ələ keçiriblər. Şirkətin binalarından birində partlayış baş verib. İlkin məlumatlara görə, bir neçə hücumçu olub.
QAZİLER.AZ