ABŞ-də 20-yə yaxın məktəbli "jelibom"dan zəhərlənib

ABŞ-də 20-yə yaxın məktəbli "jelibom"dan zəhərlənib backend

Kaliforniyadakı “Walter Reed” məktəbinin şagirdləri tərkibində naməlum maddə olan ayıcıqlı "jelibom"ları yedikdən sonra qəribə simptomlar hiss ediblər. Belə ki, 12-13 yaşlı 17 məktəblidən şikayətlər daxil olub. Uşaqlarda ürəkbulanma, qusma, həyəcan və narahatlıq halları hiss olunub.

Qaziler.az bildirir ki, “NEWS.ru” bu barədə "People" nəşrinə istinadla xəbər verir.

Verilən məlumata görə, tibb bacısı azyaşlıların təsadüfən narkotik qəbul etməsindən şübhələnib. O, təcili yardım çağırıb. Tezliklə məktəbə həkimlər, polislər, çəkiliş qrupları və helikopterlər gəlib.

Təcili yardım həkimləri iki uşağı dərhal xəstəxanaya aparıblar. Həkimlər məktəblilərin orqanizminə daxil olan maddəni tədqiq ediblər. Onlar narkotik saqqızlarında çox vaxt rast gəlinən fentanil maddəsinin olmadığını aşkar ediblər. Lakin şagirdlərdə zəhərlənmə əlamətlərinin hələ də nədən yarandığını başa düşə bilməyiblər.

QAZİLER.AZ

Diaspora