Sudanda vurulan “İl-76” təyyarəsinin ekipajı Birləşmiş Ərəb Əmirliklərinin digər təyyarəsinə kömək etmək üçün uçurmuş.
Qaziler.az xəbər verir ki, bu haqda SHOT “Telegram” kanalı yazıb.
Kanalın məlumatına görə, yardımın göndərildiyi təyyarə Qərbi Kordofanda eniş edərkən zədələnib.
Kanal qeyd edib ki, oktyabrın əvvəlində BƏƏ Sudana içində hərbi yardımın olduğu təyyarə göndərib, lakin mühərrikində problem olduğundan Qərbi Kordofan ərazisinə uğursuz eniş edib. “İl-76” təyyarəsii isə təmir üçün ehtiyat hissələri və mühəndisləri daşıyırmış. Lakin oktyabrın 21-i səhər saatlarında səhvən Sudan Çevik Reaksiya Qüvvələri tərəfindən vurulub.
Rusiya səfirliyinin məlumatına görə, təyyarədə Rusiya vətəndaşlarının ola bilmə ehtimalı var. Onların təyyarənin ekipaj üzvlərinə daxil olduğu qeyd olunub.
QAZİLER.AZ