Sudanda Rusiya vətəndaşlarının olduğu təyyarə vurulub

Sudanda Rusiya vətəndaşlarının olduğu  təyyarə vurulub backend

Sudanda Rusiya vətəndaşlarının olduğu yük təyyarəsi vurulub.

Qaziler.az xəbər verir ki, bu barədə Rusiya səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Diplomatik nümayəndəliyin məlumatına görə, ruslar ekipaj üzvlərinin tərkibində ola bilər. Hazırda hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Rusiya Biatlon Birliyinin nümayəndələri öz sosial şəbəkələrində Sudanın qərbində yük təyyarəsinin vurulduğunu, ekipajında ​​Rusiya vətəndaşlarının da olduğunu bildiriblər.

Səfirlik öz növbəsində Sudan rəsmiləri ilə əlaqə saxlayaraq, hadisənin baş vermə şəraitini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görür. Xəbərdə deyilir ki, qəza yerinin Darfurda olması vəziyyəti çətinləşdirir.

QAZİLER.AZ

Diaspora