Qazaxda minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Qazaxda minaya düşən şəxsin vəziyyəti  AÇIQLANDI backend

Qazaxda minaya düşən şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 14.10.2024-cü il tarixində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, mina partlayışı nəticəsində sağ ayaq nahiyəsindən xəsarət alan 2001-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabildir.

 

Qeyd edək ki, Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində 2024-cü il oktyabrın 14-də mina hadisəsi baş verib. Hadisə zamanı kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Diaspora