Moskvadan qalxan təyyarə 5 dövrə vurub, geri qayıtdı

Moskvadan qalxan təyyarə 5 dövrə vurub, geri qayıtdı backend

Oktyabrın 12-də Moskvadan Vladiqafqaza uçan Ural Hava Yollarına məxsus sərnişin təyyarəsi 14:45-də (Bakı vaxtı ilə 13:45) havaya qalxıb. Ancaq U6 1367 reysi ilə uçan “Airbus A320” təyyarəsi bir saatdan sonra Domodedovo hava limanına geri qayıdıb.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki,  Rusiya mediasından verilen melumatda bildirilib ki, təyyarə havaya qalxdıqdan sonra sistemlərdən birində nasazlıq əlaməti müşahidə edilib. Ekipaj havada dövrə vurmağa və problemi həll etməyə çalışıb. Nəhayət, 5 dövrə vurduqdan və bir saatdan sonra geri qayıtmaq qərarı verilib.

Şirkət problemlə bağlı hər hansı açıqlama verməyib, yalnız enişin uğurla icra edildiyi və hər hansı narahatlıq olmadığını bildirib.

 

 

Diaspora