Qazaxda 18 tələbə dönərdən zəhərlənib - YENİLƏNİB

Qazaxda 18 tələbə dönərdən zəhərlənib - YENİLƏNİB backend

Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verən zəhərlənmə faktı araşdırılır.

Bu barədə Apa-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək", AQTA-dan bildirilib.

 

"Bakı Dövlət Universitenin Qazax şəhərində yerləşən Qazax filialında baş verən hadisə ilə bağlı müvafiq tədbirlər görülür", - deyə BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

***

09.52

Qazaxda 18 tələbə dönərdən zəhərlənib.

APA-nın yerli bürosu xəbər verir ki, tələbələr oktyabrın 10-da Qazax şəhərinin ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində dönər yeyərək zəhərləniblər.

Onlara ötən gün saat 19 radələrində xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Diaspora