Ağdamda iki maşın toqquşdu - Yaralı Bakıya göndərildi

 Ağdamda iki maşın toqquşdu - Yaralı Bakıya göndərildi backend

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənddaxili yolda hərəkətdə olan "Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Toqquşmanın şiddətli olması səbəbindən minik maşınında sıxılıb qalan yaralı, 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-nın xilasediciləri tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin ağır olması səbəbindən dərhal Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilməsi üzrə yola salınıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.

Diaspora