Rusiyada müəllim şagirdin üzərinə kimyəvi məhlulu töküb

Rusiyada müəllim şagirdin üzərinə kimyəvi məhlulu töküb backend

Moskvanın şərqində məktəbdə fövqəladə hadisə baş verib. Müəllim şagirdin üzərinə brom məhlulu töküb.

Qaziler.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

KİV-in məlumatına görə, hadisə 1476 saylı təhsil müəssisəsinin binalarından birində baş verib. Tələbə yanıq xəsarətləri alıb. İlkin məlumata görə, o, xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl də oxşar hadisə Krasnoyarsk diyarının Malı-İmış kəndində baş verib. Orada uşaqlar kimya dərsi zamanı zəhərli dumanı udublar. Məktəblilər bundan sonra özlərini pis hiss ediblər. Prokurorluğun araşdırması nəticəsində məlum olub ki, müəllim təhlükəsizlik qaydalarını pozub. Nəticədə məktəb cəzalandırılıb və şagirdlərə təzminat ödənilməsi barədə göstəriş verilib.

QAZİLER.AZ

Diaspora