Göygöl sakinini əqrəb sancıb.
Apa-nın yerli bürosunun məlumatına görə, rayonun Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabrın əvvəllində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.
İki gün sonra halı pisləşən Adil Məmmədov xəstəxanaya aparılıb, müalicəsi 1 ay davam etdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A. Məmmədov Göygöl rayon Toğanalı kənd orta məktəbində "Gənclərin çağırışaqədərki hazırlığı" fənnindən dərs deyirmiş.