Moskvada vayp 17 yaşlı gəncin əlində partlayıb. Hadisə zamanı yeniyetmə üz və əllərindən xəsarət alıb.
Qaziler.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı məlumat yayıb.
Hadisə sentyabrın 30-da Losinoostrovski rayonu Startovaya küçəsindəki mənzildə baş verib.
Kanalın məlumatına görə, gənc elektron cihazı enerjiyə qoyub və onu şəbəkədən ayırmadan istifadə etmək qərarına gəlib. Bu zaman partlayış baş verib.
Dərhal xəstəxanaya aparılan oğlana üzündə qançır və əllərində yanıq diaqnozu qoyulub. Gəncin aldığı xəsarətlər ağır olmadığı üçün o, evə buraxılıb.
QAZİLER.AZ