Sumqayıtda 8-ci mərtəbədən yıxılan 12 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB

Sumqayıtda 8-ci mərtəbədən yıxılan 12 yaşlı qız xəstəxanada ölüb - YENİLƏNİB backend

2 gün öncə Sumqayıtda 8-ci mərtəbədən yıxılan 12 yaşlı qız ölüb.

Apa xəbər verir ki, hadisə 28 sentyabr axşam saatlarında şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
O, bu gün səhər saatlarında Bakıda müalicə aldığı xəstəxanada ölüb.

***

28 sentyabr, 20.53

28.09.2024-cü il tarixində saat 15:00 radələrində 2012-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Apa xəbər verir ki, bu haqda Sumqayıtdakı tibb müəssisəsinin hadisə ilə bağlı açıqlamasında deyilir.

Ağır müştərək travma və baş-beyin əzilməsi diaqnozları təyin edilən azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olub, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

***

19:39

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.

Apa xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.

2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.

Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır.


Fakt araşdırılır.

Diaspora