Qulaqlığı qulağında partlayan qız kar olub - FOTO

Qulaqlığı qulağında partlayan qız kar olub - FOTO backend

Türkiyəli gənc qız “Samsung Galaxy Buds FE” qulaqlığının partlaması səbəbindən eşitmə qabiliyyətini itirib.

Qaziler.az bildirir ki, bu barədə “GizmoChina” nəşri  Türkiyənin “Samsung” ofisinin texniki dəstək forumundakı yazılara istinadla məlumat yayıb.

Məsələ ilə bağlı zərərçəkmiş şəxsin sevgilisi müraciət edib. O, bildirib ki, qulaqlıq heç bir nasazlıq işarəsi olmadan partlayıb.

Gənc oğlan onu da qeyd edib ki, sevgilisi qadceti alandan sonra şarj etməyib.

“Samsung” servis mərkəzi baş vermiş hadisə ilə bağlı açıqlamasında qulaqcığın sadəcə deformasiyaya uğradığını və partlamadığını bildirib və onu pulsuz olaraq yenisi ilə əvəz etməyi təklif edib.

QAZİLER.AZ

Diaspora