Aleksandr Maslyakovun məzarı dağıdıldı

Aleksandr Maslyakovun məzarı dağıdıldı backend

Moskvada Novodeviçye qəbiristanlığında insident baş verib. Naməlum şəxs məşhur teleaparıcı və KVN əfsanəsi Aleksandr Maslyakovun məzarının üstünü dağıdıb.

QAZÌLER.AZ  Axar.az-a istinaden xəbər verir ki,  mühafizəçilər həmin şəxsi saxlayıb və polisə təhvil vermək üçün qəbiristanlıqdan çıxarıblar:

"Qəbiristanlığın rəhbərliyi və Aleksandr Maslyakovun ailəsi artıq polisə müraciət edib. Xaç bərpa olunub, məzarlıqda təhlükəsizliyin təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb".

Qeyd edək ki, Aleksandr Maslyakov sentyabrın 8-də 83 yaşında dünyasını dəyişib.

Diaspora