Pakistanın şimal-qərbində bombanın partlaması nəticəsində 10-a yaxın xarici diplomatı mühafizə edən polis məmuru həlak olub.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, Svat rayon polis zabiti Zahidullah Xan diplomatların yerli Ticarət Palatasının dəvəti ilə ərazidə olduqlarını bildirib.
“Konvoya rəhbərlik edən heyətin avtomobili yol kənarına qoyulmuş bombanın işə düşməsi ilə partladılıb”, - o qeyd edib.
Xanın sözlərinə görə, daha dörd polis əməkdaşı yaralanıb.
O əlavə edib ki, bütün diplomatlar təhlükəsizlikdədir və İslamabada qayıdıblar.
Qeyd edək ki, diplomatlar arasında Rusiya səfiri Albert Xorev də olub.