Moskvada yeniyetmə sarımsaqla arağı eyni anda qəbul edərək reanimasiyaya düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə SHOT “Telegram” kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, 16 yaşlı gənc dostları ilə Oçakovo-Matveevskoye ərazisindəki parka gedərək spirtli içki qəbul edib.
Hadisə şahidlərinin sözlərinə görə, zərərçəkən içki içdikdən sonra bir baş sarımsaq yeyib. O dərhal özünü pis hiss edib və yerə yıxılıb, qıvrılmağa və öskürməyə başlayıb. Bunu görən yoldaşları onun zarafat etdiyini düşünüb və təcili yardım çağırmayıb.
Lakin bir müddətdən sonra 16 yaşlı yeniyetmə huşunu itirib və təlaşa düşən yoldaşları həkim çağırıb. O, Speranski xəstəxanasının toksikoloji reanimasiya şöbəsinə yerləşdirilib. Telekanalın məlumatına görə, həkimlər xəstənin həyatını xilas edə biliblər.
QAZİLER.AZ