Moskvada 13 yaşlı qız telefonla çimmək qərarına gəlib və bu onun həyatı bahasına başa gəlib.
Qaziler.az xəbər verir ki, bu barədə “MK.RU” məlumat yayıb.
Yeniyetmə qız telefonla cakkuziyə girib vanna qəbul etmək istəyib. Bu zaman onu elektrik cərəyanı vuraraq öldürüb.
Yaxınları hesab edir ki, smartfonun bununla heç bir əlaqəsi yoxdur. Onların sözlərinə görə, elektrik cərəyanı cakuzidəki nasaz elektrik naqilləri səbəbindən baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.
QAZİLER.AZ