Bakıda iki avtobus toqquşub: 8 nəfər yaralanıb

Bakıda iki avtobus toqquşub: 8 nəfər yaralanıb backend

Faktla bağlı araşdırma aparılır. Bakıda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 29-da saat 10 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Novruz Əliyevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusu və Masallı rayon sakini Qoşqar Ağalarovun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə Q.Ağalarov və 7 sərnişini xəstəxanaya yerləşdirilib.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.
Diaspora