Saatlı rayonunda intihar hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, dünən səhər saatlarında rayonun Seyidlər kəndində yerləşən fermadan 2009-cu il təvəllüdlü M.Məmmədovun asılı vəziyyətdə olan meyiti tapılıb.
Onun intihar etməsi məlum olub.
15 yaşlı M.Məmmədov 8-ci sinif şagirdi imiş.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.