Rusiyada Arxangelsk vilayətinin Zabolotye kənd sakini evin qapısını ehtiyatsız açıb və təsadüfən onunla atasını qətlə yetirib,
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğu məlumat yayıb. Qeyd olunub ki, faciənin qurbanı evin girişində pilləkənlərdə olarkən baş verib.
Prokurorluğun məlumatına görə, həmin gün ailə oğullarının 27 yaşını qeyd edib. Oğlan süfrə ətrafında valideyni ilə mübahisə edib və onun başına bir neçə zərbə endirib.
Ata evin girişində pilləkənlərə əyləşdikdən sonra evdən çıxmaq istəyən oğul evin giriş qapısını güclə itələyərək açıb və ehtiyatsızlıqdan atasının başına zərblə dəyib. Bu, əvvəlki fiziki zərbəni daha da ağırlaşdırıb. Zərərçəkən səhər saatlarında aldığı xəsarətlərdən dünyasını dəyişib.
QAZİLER.AZ