İnternat məktəbinin direktoru illərdir kimsəsiz uşaqlara təcavüz edib

İnternat məktəbinin direktoru illərdir kimsəsiz uşaqlara təcavüz edib backend

Rusiyada İvanovo vilayətinin sakini, kimsəsiz uşaqlar üçün islah-internat məktəbinin direktoru oradakı uşaqlara təcavüz etməkdə ittiham edilir.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki,məktəbin direktoru yetkinlik yaşına çatmayanlara təcavüz və zorlama ittihamı ilə 23 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqın nəticələrinə görə, kişi bunu 2000-ci ildən 2013-cü ilə qədər edib.

Tələbələrdən biri direktorun sərxoş halda otağına gələrək ona toxunması ilə bağlı xatirələrini bölüşüb. Məlumatda qeyd olunub ki, məhkəmə zamanı bütün proseslər bağlı qapılar arxasında keçirilib.

QAZİLER.AZ

Diaspora