Xankəndidən xeyli silah-sursat götürülüb

Xankəndidən xeyli silah-sursat götürülüb backend

Həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 avtomat silahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərək götürülüb.

QAZÌLER.AZ  APA-ya istinaden verdiyi melumata gõre, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir.

"Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir", - məlumatda vurğulanıb.

Diaspora