“Azneft”in dərin dəniz özülündə yanğın zamanı bir nəfər ölüb - Yenilənib

“Azneft”in dərin dəniz özülündə yanğın zamanı bir nəfər ölüb - Yenilənib backend

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 02.09.2024-cü il tarixində saat 22:00 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən 1 nəfərin tüstüdən zəhərlənməsi səbəbilə çağırış daxil olub.

Bu barədə APA-ya TƏBİB-dən bildiriliob.

Təcili tibbi yardım briqadası tərəfindən 64 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölümü qeydə alınıb.

 

*****

23:28

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin (İB) “28 May” NQÇİ-nin 4 saylı Dərin Dəniz Özülündə yanğın qeydə alınıb.

Bu barədə “Report”a “Azneft”dən bildirilib.

Dərhal hadisə yerinə yanğınsöndürən gəmilər cəlb edilib, qısa müddətdə alovun genişlənməsinin qarşısı alınıb və yanğın tam söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü, "Azneft" İB-nin 1 saylı İxtisaslaşdırılmış Neft-Mədən xüsusi texnika İdarəsinin əməkdaşı İslamov Rafiq İsa oğlu həyatını itirib.

Hadisənin şəraiti qiymətləndirilərək aidiyyəti üzrə müvafiq tədbirlər görülür.

Diaspora