Şəkidə qaz xəttini təmir edən ustanın əlləri yanıb

Şəkidə qaz xəttini təmir edən ustanın əlləri yanıb backend

Şəkidə qaz xəttini təmir edən ustanın əlləri yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki şəhəri Şərbablar küçəsində baş verib.

Şəki şəhər Qaz İstismar İdarəsində usta kimi çalışan rayon sakini 1985-ci il təvəllüdlü Elşən Rüfət oğlu Paşayev ərazidən keçən 50 mm-lik dəmir qaz xəttində təmir işləri aparan zaman qaz xəttində qəfildən yanğın baş verib.

Yanğın zamanı E. Paşayev hər iki əlindən termik yanıq xəsarəti alıb.

E. Paşayev əraziyə çağrılmış Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının ambulansı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
Faktla bağlı araşdırma aparılır.

Diaspora