Kəlbəcərin Vəng kəndində avtomobil aşıb, ölən var.
QAZÌLER.AZ Axar.az-a istinadla xəbər verir ki, VAZ-21099 markalı avtomobilin aşması nəticəsində 1979-cu il təvəllüdlü, tikinti şirkətlərinin birində işləyən Rəsul Quliyev hadisə yerində ölüb.
Digər sərnişin M.Nəcəfov müxtəlif bədən xəsarətləri alıb.
Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub, araşdırmalar davam etdirilir.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
