Hindistanda canavar 7 yaşlı uşağa hücum edib

Hindistanda canavar 7 yaşlı uşağa hücum edib backend

Hindistanın Uttar-Pradeş ştatında insan yeyən canavar yeddi yaşlı uşağa hücum edib.

Qaziler.az bildirir ki, bu barədə “India Today” məlumat yayıb.

Ananın fəryadını eşidib hadisə yerinə toplaşan kənd camaatı vəhşi heyvanın  arxasınca qaçaraq onu qorxutmağa nail olublar.

Canavar uşağı sürüyərək təxminən 200 metr uzağa aparıb. Kənd əhalisinin səyi nəticəsində uşaq sağ qalıb. Canavarın hücumu nəticəsində uşağın üzündə, boynunda və başında çapıqlar olduğu üçün 13 gün xəstəxanada yatıb.

QAZİLER.AZ

Diaspora