Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB

Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb -  YENİLƏNİB backend

Göygöl rayonunda dərmandan zəhərlənənlərin kimliyi açıqlanıb.

Apa-nın yerli bürosunun xəbərinə görə, hadisənin 1961-ci il təvəllüdlü Mətanət Qasımovanın 2018-ci il təvəllüldü Qasımzadə Fidan Ceyhun qızı, 2014-cü il təvəllüdlü Simuzər Vəliyeva və 2014-cü il təvəllüdlü Aydan Orucovanın başını dərmanla yuyan zaman baş verdiyi bildirilir.

Nəticədə onların dördü də zəhərlənib, Aydan Orucova ölüb.

 

***

13.53

 

Göygöl rayonunda zəhərlənmə hadisəsi baş verib.

Apa-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Dörd nəfərin zəhərləndiyi, onlardan üçünün uşaq olduğu qeyd edilib.

Zəhərlənmə nəticəsində doqquz yaşlı uşaq isə ölüb.

Onların "Niastol" adlı dərmandan zəhərləndikləri ehtimal edilir.

Diaspora