Saratovda PUA hücumu zamanı zədələnən binanın görüntüsü - VİDEO

Saratovda PUA hücumu zamanı zədələnən binanın görüntüsü - VİDEO backend

Saratov sakinləri PUA-nın Predmostova meydanındakı yaşayış binasına hücumunun görüntülərini lentə alıb.

Qaziler.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. Yayımlanan görüntülərdə zərbənin binanın düz ortasına dəydiyini görmək olar.

Foto və video görüntülərə görə, binanın üç mərtəbəsindəki mənzillərə ziyan dəyib. Eyvanların şüşələrinin sındığı və çöl divarlarının darmadağın olduğu görünür. Binada mənzillərin yerində böyük dəliklər meydana gəlib.

Kadrlarda PUA-nın birbaşa binaya doğru uçduğunu görmək mümkündür. Zərbədən sonra güclü partlayış olub və dağıntılar ətrafa səpələnib.

QAZİLER.AZ

Diaspora