Koloniyada girov götürülən işçinin ölümü ilə bağlı təfərrüatlar: Çoxsaylı işgəncələr verilib

Koloniyada girov götürülən işçinin ölümü ilə bağlı təfərrüatlar:  Çoxsaylı işgəncələr verilib backend

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının əməkdaşı Sergey Qordopolov xəstəxanada ölüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı xəbər verib.

Kanalın verdiyi məlumata görə, həkimlər onun həyatını  xilas etməyə çalışsalar da, xəsarətləri ağır olub.

Qeyd olunub ki, terrorçular onu bütün günü ələ salaraq işgəncə ilə öldürüblər, sonra isə onu başqa şəxslə dəyişməyə cəhd ediblər.

“SHOT Telegram” kanalı isə xəbər verir ki, mərhumun 25 yaşı olub. O, çoxsaylı kəllə-beyin yaraları, qapalı kəllə-beyin travması və kürəyinin açıq kəsikləri ilə xəstəxanaya aparılıb. Koloniyanın əməkdaşı çoxlu qan itirib. Onun 19 saylı koloniyada məhkumlarla tərbiyə işləri üzrə şöbəsinin rəisi vəzifəsində çalışdığı qeyd olunub.

QAZİLER.AZ

Diaspora