Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının 4 əməkdaşı bir qrup silahlı məhkumların törətdiyi insidentin qurbanı olub.
Qaziler.az xəbər verir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin mətbuat xidməti məlumat yayıb. Onlardan 3-ü bıçaq xəsarətləri alaraq müəssisədə, daha biri xəstəxanaya yerləşdirildikdən sonra dünyasını dəyişib.
“Cinayətkarlar 4 işçiyə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirib, onlardan 3-ü dünyasını dəyişib. Müqavimət göstərən daha 4 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri xəstəxanada dünyasını dəyişib”, - məlumatda qeyd edilib.
Ümumilikdə terrorçular koloniyanın səkkiz əməkdaşını və dörd məhkumu girov götürə biliblər. İnsanların azad edilməsi əməliyyatı zamanı Milli Qvardiyanın əməkdaşları dörd məhkumun hamısını məhv ediblər. Təhlükəsizlik qüvvələri arasında isə itki yoxdur.
Qeyd edək ki, avqustun 23-də Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürmüşdülər.
QAZİLER.AZ