"Qardaşım srağagün öz iti ilə evdən çıxıb meşəyə gedib. Dünən güllələnmiş meyitini tapdıq. Bu gün torpağa tapşırılıb. Kimin güllələdiyini bilmirik, şübhələndiyimiz adam da yoxdur".
Bunu Oxu.Az-a açıqlamasında Qusarda bir neçə gündür itkin düşən və dünən meyiti tapılan Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq əməkdaşı Ramik Əhmədovun qardaşı Edik Əhmədov bildirib.
E.Əhmədov qeyd edib ki, qardaşının heç kimlə problemi olmayıb:
"O, itini gəzdirməyə aparmışdı. Meşədə yerdən qazılmış, üstüqapalı ev var idi. Qardaşım orada güllələnib, amma meyiti yaxınlıqda tapılıb. İt isə sonradan özü gəlib evə. Ailə və dostları ilə münasibəti qaydasında idi".