Müharibə iştirakçısı kanala düşdü: axtarışlar davam edir

Müharibə iştirakçısı kanala düşdü: axtarışlar davam edir backend

Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.

QAZÌLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.

Avtomobil sudan çıxarılsa da, Abusət Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.

Qeyd edək ki, A.Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

***

Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.

Hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Abusət Xanlar oğlu Əliyevin axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Diaspora