Rusiyanın Çerepovets şəhərində hava təravətləndiricisi partlayaraq vanna otağında siqaret çəkməyə çalışan cütlüyün yanmasına səbəb olub.
Qaziler.az bildirir ki, bu barədə “Gazeta.ru” rayon üzrə Fövqəladə Hallar Nazirliyinə istinadla məlumat verir.
Nazirlikdən verilən məlumata görə, ər-arvad yaşadığı mənzilin hamamında kəskin hava təravətləndiricisinin iyinin gəldiyini hiss ediblər. Lakin buna baxmayaraq cütlük qapalı məkanda siqaret çəkməyə qərar verib. Belə ki, 37 yaşlı kişi alışqanını vuranda birdən alov qalxıb. Yanğın zamanı 40 yaşlı qadın və ərinin özü yanıb. Bundan əlavə, asma tavan yanaraq ərimiş plastik aşağı damcılmağa başlayıb.
Kişi arvadının yanan otaqdan çıxmasına kömək edib və təcili yardım çağırıb. Yardım gələnə qədər yanğın öz-özünə sönüb. Həkimlər cütlüyə xəstəxanaya getməyi tövsiyə etsələr də, bundan imtina ediblər. Bir neçə gün sonra yaralar özünü göstərib və cütlük xəstəxanaya yerləşdirilməyə razı olub.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hesab edirlər ki, partlayışa səbəb hava təravətləndiricisi olub. Təravətləndiricinin qabı təzyiqini itirərək yanğına səbəb olub.
QAZİLER.AZ