Taksi sürücüsü ilə sərnişinlər arasında insident: Telefonu oğurlayıb söyüş söydülər - VİDEO

Taksi sürücüsü ilə sərnişinlər arasında insident: Telefonu oğurlayıb söyüş söydülər -  VİDEO backend

Bakıda taksi sürücüsü ilə sərnişinlər arasında insident yaranıb. 

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Badamdar qəsəbəsində baş verib.

Qeydə alınan videogörüntü sosial şəbəkədə yayılıb. Belə ki, qadınlar taksiyə mindikdən sonra sürücü ilə aralarında mübahisə yaranıb.

Onlar avtomobildən düşən zaman sürücünün telefonunu oğurlayıblar. Telefonu tələb edən zaman isə, sürücüyə nalayiq söyüşlər söyərək onu təhqir etməyə başlayıblar.

Qadınlardan biri daha sonra yolda hərəkətdə olan avtomobili dayandıraraq ona da nalayiq söyüşlər söyüb. Bu zaman ərazidə olan yol polisi əməkdaşı qadının hərəkətlərinə müdaxilə etməyə başlayıb.

Hadisənin hansı səbəbdən baş verməsi haqqında məlumat yoxdur.

Diaspora