İsmayıllıda yaşayış evinin damına ildırım düşdü, ev yandı

İsmayıllıda yaşayış evinin damına ildırım düşdü, ev yandı backend

İsmayıllıda yanğın hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Salbuzov küçəsində qeydə alınıb.

Rayon sakini Bəxtiyar İsmayıl oğlu İsmayılova məxsus evin dam örtüyü ildırım vurması nəticəsində yanıb.

Ümumi sahəsi 70 kv/m olan evin dam örtüyünün 50 kv/m hissəsi yanıb.

Əraziyə İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Digər tikililər yanğından mühafizə olunub.

Diaspora