Ceyranbatanda batan uşağın meyiti tapılıb - Yenilənib

Ceyranbatanda batan uşağın meyiti tapılıb - Yenilənib backend

Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batan 14 yaşlı yeniyetmənin meyiti sudan çıxarılıb.

"Report"un yerli bürosu məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları onun meyiti aidiyyəti üzrə təhvil veriblər.

 

*****

20:57

Ceyranbatan kanalında 14 yaşlı yeniyetmə çimərkən boğulub.

"Report"un yerli bürosu məlumat verir ki, 2010-cu il təvəllüdlü Mirzəyev Sübhan Ramiz oğlu Samur-Abşeron kanalının Ceyranbatandan keçən hissəsində çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hazırda onun axtarışlarını davam etdirir.

Diaspora