Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin anbaan görüntüləri

Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin  anbaan görüntüləri backend

Xalq artisti Ağadadaş Ağayev balta ilə xəstəxana mühafizəçisinə hücum edib və nəticədə tərəflər əlbəyaxa olublar.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev qarşılıqlı ittiham qaydasında əks tərəfdən şikayət verib.

O, şikayətində döyüldüyünü bildirib.

Hazırda polis hər iki tərəfin şikayətləri əsasında araşdırmaları davam etdirir.

 

*****

Xalq artisti Ağadadaş Ağayevi döyən "MedEra" xəstəxanasının gözətçisi Nurəddin Cəlilov saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

 

*****

Xalq artisti Ağadadaş Ağayevin balta ilə törətdiyi insidentin görüntüləri yayılıb.

Oxu.Az-ın əldə etdiyi həmin görüntüləri təqdim edir:

Diaspora