Sverdlovsk vilayətinin Pervouralsk şəhərində yerli sakin orada keçirilən şənliyi pozmaq üçün bıçaqla uşaq meydançasına daxil olub.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bıçaqlı şəxsi küçədəki səs-küylü qışqırıqlar əsəbləşdirib.
Bayram tədbirimiz cəmi 25 dəqiqəyə bron edildi, üç dəqiqə keçmişdi ki, hər şey baş verdi. Kişi hətta uşaqların üstünə bıçaqla hücum edib. Sonra ərim bıçağı əlindən aldı”, – deyə ad gününü qeyd edilən oğlanın anası bildirib.
Sosial mediada və saytlarda polisin hadisə yerinə gəldiyi qeyd edilib. Lakin ölkənin Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı onlara heç bir müraciətin daxil olmadığını bildirib.
QAZİLER.AZ