Azərbaycanda bir yaşlı uşaq pilləkəndən yıxılaraq öldü

Azərbaycanda bir yaşlı uşaq pilləkəndən yıxılaraq öldü backend

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq həyatını itirib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2023-cü il təvəllüdlü Bağırov Mehdi Maşallah oğlu evdə valideynlərinin nəzarətindən yayınaraq pilləkəndən yıxılıb.

İlkin məlumata görə, ağır kəllə-beyin travması alan uşaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Diaspora