Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - YENİLƏNİB

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub -  YENİLƏNİB backend

Kür çayının Yevlax rayon ərazisindən keçən hissəsində meyiti tapılan şəxs itkin olaraq axtarışda olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayının Yevlax rayon ərazisində keçən hissəsində meyiti tapılan Şəmkir rayon sakini 1972-ci il təvəllüdlü Xaliq Pənahovun yaxınları ötən ayın 17-dən onun itkin düşməsi ilə bağlı polisə məlumat verib və həmin şəxs itkin kimi axtarışda olub.

Onun meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

21:24

Yevlax rayonunda kür çayında meyit tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayını Yevlax rayon ərazisindən keçən hissəsində kişi meyti tapılıb.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Araşdırma zamanı meyitin Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğluna aid olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Diaspora