Uşaq bağçasında yayılan görüntülərlə bağlı cinayət işi açılıb

Uşaq bağçasında yayılan görüntülərlə bağlı cinayət işi açılıb backend

Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

QAZÌLER.AZ  Trend-e istinaden verdiyi xəbərə görə, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Xatırladaq ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.

Diaspora