Sumqayıtda marşrut avtobusu TIR-la toqquşub, 12 nəfər xəsarət alıb - Yenilənib

Sumqayıtda marşrut avtobusu TIR-la toqquşub, 12 nəfər xəsarət alıb - Yenilənib backend

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə "Report"un yerli bürosuna Mərkəzdən məlumat verilib

"Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.

 

*****

17:50

Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub,11 nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu TIR maşını ilə toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora