Rusiyanın Oryol şəhərində çiyininə toxunduğu üçün məktəblini döyən əlbəyaxa idmançı saxlanılıb.
Qaziler.az xəbər verir ki, məlumatı “Orel 24” yayıb.
Gənc oğlan polis tərəfindən saxlanılıb və bunun bir daha təkrar olunmayacağına əmin olub. Onun əvvəllər də avtomobil oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunduğu dəqiqləşdirilir.
Mənbənin sözlərinə görə, gənc qaraçı ailəsində böyüyüb və yeddinci sinifdən evdə təhsil alıb. “E-Champs” idman saytında yerləşdirilən anketdə onun UFC-də yarışmaq arzusunda olduğu qeyd edilib.
Araşdırma zamanı saxlanılan şəxs iddia edib ki, o, yeniyetməyə hücum edən zaman profilaktik müdafiə rolunu oynayıb. Onlar şagird ilə çiyin-çiyinə toqquşublar, bundan sonra idmançı azyaşlının ona bibər qazı vuracağından şübhələnib.
Hadisə iyunun 27-də baş verib. Şəhər kameralarından göründüyü kimi yeniyetmə gözlənilmədən 15 yaşlı məktəbliyə güclü və dəqiq bir zərbə endirib. Daha sonra o, huşunu itirərək xəstəxanaya aparılıb. Bir neçə gün sonra Rusiya İstintaq Komitəsinin rəhbəri yeniyetmənin vəziyyətini şəxsi nəzarətinə götürüb, cinayət işi açılıb.
QAZİLER.AZ