QAZÌLER.AZ APA-ya istinadən verdiyi xəbərə görə, “Sahand” freqatı Bəndər-Abbas limanı yaxınlığındakı hərbi dəniz bazasında qəzaya uğrayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə 2018-ci ildə İran Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilmiş gəminin çevrildiyi və əksər hissəsinin suya batdığı görünür.
ISOICO şirkətinin baş direktoru Salman Zarbi qəzanın baş verdiyini təsdiqləyib. Bunun səbəbinin isə təmir zamanı gəminin balans çənində problemlərin yaranması və ya təmir zamanı şaxtadan freqata su daxil olması ehtimalı olduğu bildirilib. Salman Zarbi gəminin sudan çıxarılaraq təmir edilməsinin mümkün olduğunu da söyləyib.
Xəsarət alanlarla bağlı hələ rəsmi məlumat açıqlanmasa da, “Mehr News” bir neçə nəfərin xəsarət aldığını yazıb.