Avropanın ən yüksək aktiv vulkanının böyük kraterlərindən biri, Siciliyadakı Etna dağı oyanaraq dəniz səviyyəsindən 4500 metr yüksəkliyə qədər kül və tüstü atıb. Qırmızı-isti lava axınları 3300 metr yüksəklikdəki yamaclardan aşağı axıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Hələlik Etnanın fəaliyyəti orta səviyyədən aşağı olaraq qalır, lakin İtaliya səlahiyyətliləri vəziyyətin kəskin şəkildə dəyişə biləcəyindən ehtiyat edərək, təhlükə xəbərdarlığının səviyyəsini yaşıldan sarıya qaldırıb.
YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Etnanın hündürlüyü 3357 metrdir. Vulkanda 200-dən 400-ə qədər vulkanik kraterlər var. Bir neçə aydan bir onlardan lava püskürür.
QAZİLER.AZ